Menyu

Azərbaycanın 2 boksçusu Avropa çempionatında finala vəsiqə qazanıb

Operativ Media
Azərbaycanın 2 boksçusu Avropa çempionatında finala vəsiqə qazanıb
Bolqarıstanın paytaxtı Sofiyada boksçular arasında Avropa çempionatı davam edir. 
Operativ Media Boks Federasiyasına istinadən xəbər verir ki, Sübhan Mamedov (50 kq) Samet Gümüşü 3:2 hesabı ilə məğlub edərək finala yüksəlib. Boksçumuz qızıl medal uğrunda sentyabrın 24-də Bair Batlayevlə qarşılaşacaq.
Nəbi İsgəndərov (70 kq) Con MakKonnelli 4:1 hesabı ilə məğlub edərək finala yüksəlib. Boksçumuz qızıl medal uğrunda sentyabrın 25-də Sergey Koldenkovla qarşılaşacaq.
Səidcəmşid Cəfərov (75 kq) Kevin Skottu 5:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib və ən azı bürünc medalı təmin edib. Boksçumuz finala vəsiqə uğrunda sentyabrın 24-də Kalum Meykinlə qarşılaşacaq.
Məhəmməd Abdullayev (+90 kq) yarımfinalda Damar Tomasla qarşılaşıb. Rəqib finala yüksəldiyindən boksçumuz Avropa çempionatını bürünc medalla başa vurub.
Qeyd edək ki, bu gün 2 boksçumuz yarımfinal, 1-i final qarşılaşmasına çıxacaq.
Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər