Menyu

Qoz, fındıq, şabalıd, badam qiymətləri neçəyədir? - VİDEO

Operativ Media
Qoz, fındıq, şabalıd, badam qiymətləri neçəyədir? - VİDEO

Payız mövsümünün gəlişi ilə daxili bazarlarda yeni yığılan yaş qoz, fındıq, şabalıd və badam satışa çıxarılıb. Alıcılar qiymətləri keçən illə müqayisədə ümumən sabit və ya nisbətən münasib hesab etsələr də, məhsulların hələ tam qurudulmaması səbəbindən çəkinin daha ağır gəlməsindən gileylənirlər. Satıcılar isə mövsümün əvvəli üçün təklif olunan rəqəmlərin əvvəlki illərlə müqayisədə daha əlverişli olduğunu bildirirlər.

Operativ Media “XəzərXəbər”ə istinadən xəbər verir ki, məhsulun yetişdirildiyi bölgələrlə paytaxt bazarları arasında kəskin qiymət fərqi müşahid olunur.

Məsələn, İsmayıllıda bir kiloqramı 3 manata təklif edilən qoz Bakı piştaxtalarında daşınma, çeşidlənmə və saxlanma xərcləri səbəbindən 5-7 manata satılır. Təzə məhsullar arasında en baha satılanı isə şabalıddır; iri və seçmə şabalıdın kiloqramı 20 manata dək yüksəlir. Eyni zamanda çərəzlərin təmizlənərək ləpə halında satılması qiyməti 2-3 dəfə artırır.

Ekspertlərin fikrincə, daxili bazardakı bu qiymət formalaşmasına yalnız yerli xərclər deyil, həm də xarici amillər təsir edir. İdxal və ixrac bazarlarının mövcudluğu dünya bazarında baş verən prosesləri birbaşa daxili bazara yansıtır. Yaxın dövrdə qiymətlərin necə dəyişəcəyi isə həm qlobal bazarlardakı meyillərdən, həm də ölkə daxilindəki alıcı tələbatından asılı olacaq.

Ətraflı "Xəzər Xəbər"in sujetində:

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər