İsgəndər Cavadov PFL prezidenti ilə Azərbaycan futbolunun gündəmini müzakirə edib
Operativ Media
Tanınmış futbol veteranı İsgəndər Cavadov Peşəkar Futbol Liqasının qonağı olub.
Operativ Media qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, o, PFL prezidenti Elxan Səmədovla görüşüb. Səmimi şəraitdə keçən görüşdə tərəflər Azərbaycan futbolu ilə bağlı ümumi müzakirələr apararaq, xatirələrini bölüşüblər. Görüşün sonunda PFL prezidenti Elxan Səmədov qonağa xüsusi xatirə hədiyyəsi təqdim edib. İsgəndər Cavadov səmimi qarşılanmaya və diqqətə görə PFL rəhbərliyinə təşəkkürünü bildirib.
Qeyd edək ki, sentyabrın 20-də 70 yaşı tamam olan İsgəndər Cavadov Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net