"Araz-Naxçıvan" "Neftçi" və "İmişli" ilə qarşılaşacaq
Operativ Media
Milli komandaların oyunları ilə əlaqədar Misli Premyer Liqasında yaranmış fasilədən istifadə edən “Araz-Naxçıvan” iki yoxlama qarşılaşması keçirəcək.
Operativ Media xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, komanda sentyabrın 27-si saat 16:00-da Bakı Olimpiya Stadionunun (BOS) ehtiyat meydançasında “İmişli” ilə üz-üzə gələcək.
Növbəti sınaq matçı isə oktyabrın 2-də nəzərdə tutulub. Naxçıvan klubunun rəqibi “Neftçi” olacaq. Qarşılaşmanın keçiriləcəyi məkan və saat barədə əlavə məlumat veriləcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net