Menyu

Xüsusi icra məmuru fəaliyyəti ilə bağlı namizədlər ilkin icbari hazırlığa cəlb olunacaqlar

Operativ Media
Xüsusi icra məmuru fəaliyyəti ilə bağlı namizədlər ilkin icbari hazırlığa cəlb olunacaqlar

Xüsusi icra məmuru fəaliyyəti ilə bağlı müsabiqənin müsahibə mərhələsində uğur qazanmış namizədlər ilkin icbari hazırlığa cəlb olunacaqlar.

Operativ Media xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.

Xüsusi İcra Məmurlarının Müsabiqə Komissiyası bildirir ki, xüsusi icra məmuru fəaliyyəti ilə bağlı müsabiqənin test imtahanından uğur qazanmış namizədlərlə fərdi qaydada keçirilmiş müsahibə mərhələsi yekunlaşıb.

Bu mərhələdə iştirak etmiş 19 namizəddən zəruri keçid balı toplamış 8 nəfərin Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında ilkin icbari hazırlığa cəlb olunması barədə qərar qəbul edilib.

Namizədlərin ilkin icbari hazırlığı oktyabr ayının 1-dən etibarən başlanacaq. Hazırlığın yekunları üzrə qiymətləndirmədən uğurla keçən şəxslər stajkeçməyə cəlb olunacaqlar.

“Xüsusi icra məmurları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Ədliyyə Nazirliyinin icra məmurlarının fəaliyyətinə nəzarəti bilavasitə həyata keçirən qurumunda xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə və ya dövlət icra məmuru vəzifəsində 3 (üç) ildən az olmayaraq işləmiş şəxslər ofisin idarə edilməsi və mühasibatlıq təlimləri istisna olmaqla, ilkin icbari hazırlıqdan və staj keçməkdən azad edilirlər.

Namizədlərdən ilkin icbari hazırlıqla bağlı oktyabr ayının 1-i saat 9:00-dan gec olmayaraq Ədliyyə Akademiyasının əsas korpusunda olmaları xahiş olunur (ünvan: Bakı şəhəri, Vidadi küçəsi 158, telefon: 012-493-71-31).


Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər