“Birliyin Gücü – 2026” təlimində məşqlər uğurla davam edir
Azərbaycan Respublikasında keçirilən “Birliyin Gücü – 2026” birgə hərbi təlimində məşqlər uğurla davam edir.
Operativ Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Müvafiq plana uyğun olaraq, iştirakçı ölkələrin hərbi qulluqçuları müxtəlif təlim-döyüş ssenariləri üzrə praktiki tapşırıqları icra edirlər.
Təlimə cəlb edilən artilleriya bölmələri tərəfindən icra olunan dəqiq atəş zərbələri ilə terrorçuların dayaq məntəqələri, sığınacaqları və əsas hərbi hədəfləri tam məhv edilmişdir.
“Birliyin Gücü – 2026” birgə hərbi təliminin hazırlıq mərhələsində ordumuzun hərbi qulluqçuları Türkiyə və Özbəkistandan olan şəxsi heyətlə birlikdə qarşıya qoyulan tapşırıqların icrası zamanı peşəkarlıq və yüksək döyüş hazırlığı nümayiş etdirirlər.
dəqiqələr içində saytın olsun.