Bakıda mal ətinin qiyməti 2 manatadək bahalaşıb - VİDEO
Bakıda son günlər mal ətinin qiymətində artım müşahidə olunur. Qəssabların sözlərinə görə, həm sümüklü, həm də sümüksüz ətin kiloqramı 1-2 manat bahalaşıb.
Operativ Media "ATV Xəbər"ə istinadən xəbər verir ki, fermerlər bahalaşmanı yem və ot xərclərinin artması ilə əlaqələndirirlər. Onların sözlərinə görə, mal-qara saxlamaq əvvəlki qədər sərfəli olmadığından təsərrüfatlarda heyvanların sayı azalır.
İqtisadçılar isə qiymət artımının qlobal bazardakı bahalaşma və ət istehsalının maya dəyərinin yüksəlməsi ilə bağlı olduğunu bildirirlər. Qlobal bazarda yem, gübrə, enerji və logistika xərclərinin artmasının ətin maya dəyərinə təsir etdiyi qeyd olunur.
Kənd Təsərrüfatı Nazirliyindən isə yerli bazarda ət qıtlığının yaşanması ilə bağlı məsələnin araşdırma tələb etdiyi bildirilib.
Ətraflı videoda:
dəqiqələr içində saytın olsun.