Ağcabədidə çörək istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb
Operativ Media
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Ağcabədi rayonu, Ü.Hacıbəyli prospektində fəaliyyət göstərən, sahibkar Saleh Əliş oğlu Namazova məxsus çörək istehsalı müəssisəsində yoxlama keçiriblər.
AQTA-dan Operativ Media-ya verilən məlumata görə, baxış zamanı istehsal müəssisəsində sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən olunub.
Faktla bağlı inzibati protokol tərtib edilərək icrası məcburi göstərişlər verilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma