Menyu

Azərbaycan cüdoçuları Xüsusi Olimpiadada 5 medal qazanıb

Operativ Media
Azərbaycan cüdoçuları Xüsusi Olimpiadada 5 medal qazanıb
1 dəq oxu

Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin atletləri Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Xüsusi Olimpiya Açıq Cüdo Turnirində 5 medal qazanıblar.

Bu barədə Operativ Media-ya Azərbaycan Xüsusi Olimpiya Komitəsindən bildirilib.

Azərbaycan komandası yarışı 1 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vurub.

Turnirdə Kamran Quliyev G-10 divizionunda birinci, Sadiq Nəzirov G-2 divizionunda ikinci, Yusif Nəsirli isə G-7 divizionunda üçüncü yeri tutublar.

Adilə Niftəliyeva G-24 divizionunda üçüncü, kata üzrə mübarizədə isə ikinci pillədə qərarlaşıb.

Əlaqəli Xəbərlər