Azərbaycan Xarici İşlər Nazirliyinin sözcüsü Ayxan Hacızadə Başlıbel haciəsinin 30-cu ildönümü ilə bağlı paylaşım edib.
"Operativ Media" xəbər verir ki, paylaşımda deyilir:
"Ermənistanın Azərbaycana qarşı törətdiyi ən qanlı qırğınlardan biri olan Başlıbel faciəsi Azərbaycanın Kəlbəcər rayonunda baş verib.. Bu gün Ermənistanın müharibə cinayətlərinin və bəşəriyyətə qarşı cinayətlərinin bütün günahsız qurbanlarını kədər və hüznlə yad edir və onlar üçün ədalət tələb edirik".