Menyu

Sabunçuda oğurluq edən və motosiklet qaçıran üç şəxs saxlanılıb

Operativ Media
Sabunçuda oğurluq edən və motosiklet qaçıran üç şəxs saxlanılıb
1 dəq oxu

Sabunçu rayonunda oğurluq hadisəsi qeydə alınıb. Rayon ərazisində yerləşən lombardların birindən 7500 manat pul və 14500 manat dəyərində qızıl-zinət əşyaları talanıb.

DİN Mətbuat Xidmətindən Operativ Media-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, həmin lombardda çalışan A.Əsgərov müəyyən olunaraq saxlanılıb.

Rayon ərazisindən “Tufan” markalı motosikleti qaçırmaqda şübhəli bilinən iki şəxs də polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalar aparılır.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər