Menyu

Deputat: Yeni aqrar qanun əkin sahəsindən bazara qədər bütün mərhələləri əhatə edir

Operativ Media
Deputat: Yeni aqrar qanun əkin sahəsindən bazara qədər bütün mərhələləri əhatə edir
1 dəq oxu

“Aqrar sahə haqqında” qanun layihəsinin adını “Əkindən bazara qədər” qoymaq olardı. Çünki layihədə torpağın əkilməsindən məhsulun istehsalına, sertifikatlaşdırılmasına və bazara çıxarılmasına qədər bütün mərhələlər əhatə olunur.

Operativ Media xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri, deputat Siyavuş Novruzov Aqrar siyasət komitəsinin iclasında “Aqrar sahə haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı sahəsində işlər aparılır və həmin ərazilərdə istehsal olunan arıçılıq, meyvəçilik, tərəvəzçilik və digər kənd təsərrüfatı məhsulları artıq dünya bazarlarına çıxarılır.

Siyavuş Novruzov qeyd edib ki, yeni qanun layihəsi kənd təsərrüfatı texnikası, kadr təminatı və digər məsələləri də əhatə edir.

Onun sözlərinə görə, qanunun tətbiqindən sonra aqrar sahədə geniş kadr bazasına ehtiyac yaranacaq və bu, yeni iş yerlərinin açılmasına imkan verəcək.

“Bu gün kənd təsərrüfatı sahəsində, aqrarın müxtəlif istiqamətlərində, baytarlıq və digər sahələrdə geniş mütəxəssis ehtiyacı var. Hər bir fermer təsərrüfatında, kənd təsərrüfatı ilə bağlı qurumda mütləq kənd təsərrüfatı mütəxəssisi olmalıdır”, – deyə deputat bildirib.

Siyavuş Novruzov vurğulayıb ki, elm və praktikanın birliyi kənd təsərrüfatında məhsuldarlığın artırılmasına imkan verə bilər.

Deputat həmçinin bələdiyyə torpaqlarından kənd təsərrüfatı məqsədləri üçün daha səmərəli istifadə edilməsinin vacibliyindən danışıb.

O bildirib ki, bələdiyyələr sərəncamlarında olan örüş və kənd təsərrüfatına yararlı torpaqlarda əkinçilik, heyvandarlıq, arıçılıq və digər fəaliyyətlərlə məşğul olmaqla gəlirlərini artıra bilərlər.

“Bələdiyyələrin sərəncamında istər örüş yerləri, istər kənd təsərrüfatına yararlı torpaq var. Gələcəkdə bu qanun layihəsi tətbiq olunduqdan sonra bələdiyyələr həm örüş sahələrində, həm kənd təsərrüfatına yararlı olan sahələrdə əkinlə məşğul olsa, bələdiyyə torpaqlarını əksə, oradan məhsuldarlıq əldə eləsə, o məhsuldarlığı bazara çıxarsa, onda daha geniş şəkildə biz görərik ki, bələdiyyələrin qazancları da artacaq”, – deyə Siyavuş Novruzov qeyd edib.

Onun sözlərinə görə, bələdiyyələrin əldə etdiyi əlavə gəlirlər ərazilərdə abadlıq və quruculuq işlərinə yönəldilə bilər.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər