Menyu

Rüstəm Mehtizadə: "Turistik kənd" layihəsi regionların inkişafına təkan verəcək

Əsəd Abbaslı
Rüstəm Mehtizadə: "Turistik kənd" layihəsi regionların inkişafına təkan verəcək
1 dəq oxu

İsmayıllı rayonunun İvanovka kəndi Dövlət Turizm Agentliyinin “Turistik kənd” layihəsi çərçivəsində seçilən 8 kənddən biridir.

Operativ Media xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin Mədəni İrsi İdarəolunması Sektorunun müdiri Rüstəm Mehtizadə bildirib.

Onun sözlərinə görə, 2026–2030-cu illər üzrə Turizmin İnkişafına dair Dövlət Proqramında regionların və turizm məhsullarının inkişafı prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib.

Rüstəm Mehtizadə qeyd edib ki, “Turistik kənd” layihəsinin əsas məqsədi yalnız regionlara turist cəlb etmək deyil, turizmdən əldə olunan gəlirin birbaşa yerli icmalara yönəldilməsini təmin etməkdir.

Bildirilib ki, İvanovka kəndində bərpa və quruculuq istiqamətində müvafiq işlərin həyata keçirilməsi planlaşdırılır. Hazırda kənd üzrə layihələndirmə işləri aparılır.

Layihə çərçivəsində turistlərin kənddə qonaqlama, yerləşmə və qidalanma xidmətlərindən istifadə etməsi nəzərdə tutulur. Bununla yerli icmanın turizmə cəlb edilməsi və icmaəsaslı turizmin inkişafına təkan verilməsi planlaşdırılır.

Qeyd olunub ki, layihəyə daxil olan kəndlərdə xidmət keyfiyyətinin artırılması məqsədilə kənd qonaq evlərinin sahibləri üçün təlimlər də keçirilir. Təlimlərdə turistlərin qarşılanması və yola salınması, davranış qaydaları, eləcə də xarici dil biliklərinin artırılması istiqamətində məlumatlar verilir.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər