Menyu

Azərbaycan Kubokunun rekordu təkrarlanıb

Operativ Media
Azərbaycan Kubokunun rekordu təkrarlanıb
1 dəq oxu

Azərbaycan Kubokunun I təsnifat mərhələsində məhsuldarlıq rekordu qeydə alınıb.

Operativ Media xəbər verir ki, baş tutan 6 qarşılaşmada 36 qol vurulub.

“Qaradağ Lökbatan” – “Şəki” (12:0) matçında 12, “Ağdaş” – “Hypers” (1:6) qarşılaşmasında 7, “Şəmkir” – “Ağstafa Gəncləri” (1:5) oyununda 6, “Şirvan” – “Kür-Araz” (1:3) və “Difai” – “Zəngəzur” (1:3) görüşlərinin hərəsində 4, “Marafon” – “Dinamo” (3:0) qarşılaşmasında 3 qol qeydə alınıb.

Mərhələnin 6 görüşündə orta məhsuldarlıq 6,00-a bərabər olub. Bu, Azərbaycan Kuboku tarixinin rekordunun təkrarıdır. 1997/98 mövsümündə 1/16 finalın baş tutan 19 görüşündə 114 qol vurulub və məhsuldarlıq 6,00-ya bərabər olub. Həmin rekord 29 ildən sonra təkrarlanıb

Əlaqəli Xəbərlər