http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Birinci rübdə pensiya ödənişlərinə 198 mln. manat çox olmaqla 1 mlrd. 416 mln. manat yönəldilib

20 Aprel 2023 , 11:09
Birinci rübdə pensiya ödənişlərinə 198 mln. manat çox olmaqla 1 mlrd. 416 mln. manat yönəldilib

2023-cü ilin birinci rübündə pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 16  faiz (198 mln. manat) çox olmaqla 1 mlrd. 416 mln. manat vəsait yönəldilib.

ƏƏSMN-dən "Operativ Media"ya verilən məlumata görə, pensiyaların orta aylıq məbləği 16 faiz artaraq 423 manata, yaşa görə pensiyaların orta aylıq məbləği 15 faiz artaraq 456 manata çatıb.

Növbəti sosial islahat paketi çərçivəsində minimum pensiya bu il fevralın 1-dən 240 manatdan 280 manata çatdırılıb. Ötən il pensiyaçılara verilən maddi yardımlar bu ilin əvvəlindən onların pensiyaları tərkibinə daxil edilərək pensiyaları artırılıb. 

Həmin artım tətbiq edildikdən sonra pensiyaların 2022-ci il üzrə orta aylıq əməkhaqqının illik artım tempinə uyğun olaraq 14,7 faiz indeksləşdirilərək artırılması təmin edilib.

Bu ilin 3 ayı ərzində 10,3 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən isə 81,7 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

OXŞAR XƏBƏRLƏR
Şuşa şəhər 1 nömrəli məktəbin direktoru: "Bu günü bizə yaşadanların ruhu qarşısında baş əyirik"

Şuşa şəhər 1 nömrəli məktəbin direktoru: "Bu günü bizə yaşadanların ruhu qarşısında baş əyirik"

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Cəlilabadda vətəndaşları qəbul edəcək

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Cəlilabadda vətəndaşları qəbul edəcək

Sabah dağlıq ərazilərə qar yağacaq

Sabah dağlıq ərazilərə qar yağacaq

XƏBƏR LENTİ
  • 22:54

    Ukraynanın ən qaynar nöqtəsi açıqlanıb
  • 22:31

    Gürcüstan-Rusiya sərhədində məhdudiyyətlər tətbiq ediləcək
  • 22:01

    Ukrayna gələn həftə müttəfiqlərini Qələbə Planı ilə tanış edəcək
  • 21:40

    ABŞ sanksiyaları Gürcüstanda parlament seçkilərinə müdaxilə adlandırılıb
  • 21:33

    Asif Yusifli AXCP-dən ayrıldığını açıqlayıb
  • 21:00

    "Neftçi” – “Qarabağ” matçının yeri dəyişdirildi
  • 20:43

    Britaniyalı nazir Rusiya hakimiyyətini faşizmdə ittiham edərək həlak olanların xatirəsini təhqir edib
  • 20:21

    ABŞ Gürcüstanda 60-dan çox şəxsə sanksiya tətbiq edib
Menyu