Menyu

Rzai: İrandan zənginləşdirilmiş uran ixrac edilməyəcək

Nicat Hüseynli
Rzai: İrandan zənginləşdirilmiş uran ixrac edilməyəcək
1 dəq oxu

İran zənginləşdirilmiş uran ehtiyatlarını ölkədən çıxarmaq niyyətində deyil.

Operativ Media xəbər verir ki, bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzai Pakistan Ordusunun Baş Komandanı Asim Munirlə görüşündə bildirib.

Rzai zənginləşdirilmiş uranı İranın milli sərvəti adlandırıb və ABŞ ilə danışıqların Vaşinqton Tehranın şərtlərini yerinə yetirərək etimadı bərpa etdikdən sonra mümkün olacağını vurğulayıb.

Munir isə İranla Pakistan arasında sərhəd keçidlərinin fəaliyyətini bərpa etdiyini bildirib. O, həmçinin İran silahlı qüvvələrinin 40 günlük müharibədə göstərdiyi müqaviməti yüksək qiymətləndirib və iki ölkə arasında regional əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib.

Əlaqəli Xəbərlər