Menyu

Ermənistanda yol qəzasında 8 nəfər ölüb

Operativ Media
Ermənistanda yol qəzasında 8 nəfər ölüb
1 dəq oxu

Ermənistanın Araqatsotn vilayətində baş verən ağır yol-nəqliyyat hadisəsi 8 nəfərin həyatına son qoyub, daha 3 nəfər xəsarət alıb.

Operativ Media xəbər verir ki, qəza İrəvan–Vanadzor avtomobil yolunun Tsilkar kəndindən keçən hissəsində qeydə alınıb.

Qəzaya “Jeep Compass”, “Opel Zafira” və “Chevrolet Volt” markalı minik avtomobillərinin yük maşını ilə toqquşması səbəb olub.

Yaralılar müxtəlif dərəcəli xəsarətlərlə “Ermənistan” tibb mərkəzinə yerləşdiriliblər.

Hadisə ilə bağlı cinayət işi açılıb.

Əlaqəli Xəbərlər