Menyu

İspaniyanın nəqliyyat naziri istefa verib

Operativ Media
İspaniyanın nəqliyyat naziri istefa verib
1 dəq oxu

İspaniyanın nəqliyyat naziri Oskar Puente istefa etdiyini açıqlayıb.

Operativ Media EFE agentliyinə istinadən xəbər verir ki, nazirin qərarı Toledo əyalətində baş verən dəmir yolu qəzasından sonra qəbul edilib.

Oktyabrın 28-də səhər saatlarında Kastiliya-La-Mança muxtar bölgəsinin Toledo əyalətində yerləşən Urda yaşayış məntəqəsi yaxınlığında Madrid-Sevilya marşrutu ilə hərəkət edən iki sərnişin qatarı toqquşub.

Qatarlarda ümumilikdə 540-a yaxın sərnişin olub. Hadisə nəticəsində azı 69 nəfər həyatını itirib.

Əlaqəli Xəbərlər