Menyu

Azyaşlının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Azyaşlının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

DİN-in​ Baş Dövlət​ Yol​ Polisi İdarəsinin məlumatı

"Operativ Media" xəbər verir ki, bu gün saat 06:59 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Ucar rayonunun Müsüslü kəndindən keçən 216-cı kilometrliyində, Nəsibova Səidə Nazim qızının ​ idarə etdiyi “Mercedes” markalı, 90-TE-763 dövlət qeydiyyat nişanlı avtomobil Qazax rayonu​ istiqamətində hərəkətdə olarkən sürücünün idarəetməni itirməsi nəticəsində yoldan çıxaraq aşıb.

Nəticədə, sürücünün bacısı qızı, 2014-cü il təvəllüdlü Aynişan Abdullayeva hadisə yerində həyatını itirib.

Əraziyə DYP əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər