Menyu

"Kəpəz"in futbolçusu Moldova millisinə çağırılıb

Operativ Media
"Kəpəz"in futbolçusu Moldova millisinə çağırılıb
1 dəq oxu

"Kəpəz"in futbolçusu Viktor Stina Moldova millisinə dəvət alıb.

Bu barədə Operativ Media-ya Gəncə təmsilçisindən məlumat verilib.

28 yaşlı yarımmüdafiəçi UEFA Millətlər Liqasının C Liqasında Qazaxıstan və Farer adaları yığmaları ilə oyunlar üçün heyətə cəlb edilib.

Xatırladaq ki, Qazaxıstanla görüş noyabrın 13-də, növbəti matç isə bundan üç gün sonra baş tutacaq. Viktor Stina yığmada keçirdiyi 34 oyunda 4 qol vurub.

Əlaqəli Xəbərlər