Yasamalda marketdən 1125 manat dəyərində spirtli içki oğurlanıb
Nərmin Qocamanlı
Yasamal rayonunda marketlərin birindən 1125 manat dəyərində spirtli içki oğurlanıb.
"Operativ Media" xəbər verir ki, bu barədə DİN mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisində yerləşən marketlərin birindən 1125 manat dəyərində spirtli içki oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş E.Nəbiyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Teqlər:
"Yasamalda marketdən 1125 manat dəyərində spirtli içki oğurlanıb"