Menyu

Politico: NATO genişmiqyaslı müharibə zamanı aviasiya yanacağı qıtlığı ilə üzləşə bilər

Nicat Hüseynli
Politico: NATO genişmiqyaslı müharibə zamanı aviasiya yanacağı qıtlığı ilə üzləşə bilər
1 dəq oxu

NATO qüvvələri növbəti onillikdə genişmiqyaslı münaqişə baş verəcəyi təqdirdə aviasiya yanacağı çatışmazlığı ilə üzləşə bilər.

Operativ Media xəbər verir ki, bu barədə “Politico” NATO-nun Enerji Təhlükəsizliyi Mükəmməllik Mərkəzinin hesabatına istinadən məlumat yayıb.

Hesabatda qeyd olunub ki, Avropada neft emalı gücünün azalması və qalıq yanacaqlardan imtina hərbi aviasiyanın yanacaq təminatında ciddi risklər yaradır. Genişmiqyaslı münaqişə zamanı yanacağa tələbatın kəskin artacağı, mövcud ehtiyatların isə bu tələbatı ödəməyə kifayət etməyəcəyi bildirilir.

Əlaqəli Xəbərlər