Menyu

Fransada nümayişlər zamanı 2 600 polis və jandarm yaralanıb

Nicat Hüseynli
Fransada nümayişlər zamanı 2 600 polis və jandarm yaralanıb
1 dəq oxu

Fransada sentyabr ayından bəri keçirilən etiraz aksiyaları zamanı 2 600 polis və jandarm xəsarət alıb.

Operativ Media xəbər verir ki, bu barədə “Alliance” polis həmkarlar ittifaqının baş katibi Fabien Vanhemelryck RTL radiosuna açıqlamasında bildirib.

Onun sözlərinə görə, yaralananların hamısının xəsarətləri tibbi müayinə ilə təsdiqlənib. Vanhemelryck nümayişlər zamanı zorakılığın miqyasından narahatlığını ifadə edib.

O, həmçinin etiraz aksiyaları çərçivəsində təxminən 12 min nəfərin saxlanıldığını, 3-4 min nəfərin isə həbs edildiyini qeyd edib.

Əlaqəli Xəbərlər