Menyu

Rumıniya Azərbaycandan xam neft və neft məhsulları tədarükünü artırıb

Operativ Media
Rumıniya Azərbaycandan xam neft və neft məhsulları tədarükünü artırıb
1 dəq oxu

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Rumıniyaya 644,3 milyon ABŞ dolları dəyərində 1 milyon tondan çox xam neft və neft məhsulları ixrac olunub.

Operativ Media Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, bu, 2025-ci ilin müvafiq dövrünün göstəricilərinə nisbətdə dəyər ifadəsində 50,1 faiz, həcm baxımından isə 30,2 faiz çoxdur.

Ümumilikdə cari ilin ilk 9 ayında ölkədən 10,1 milyard dollar dəyərində 15,8 milyon tondan çox xam neft məhsulları ixrac edilib. Bu məhsul kateqoriyası üzrə idxalçı ölkələr sırasında Rumıniya 3-cü yerdə qərarlaşıb və ixrac həcminin 6,4 faizi bu ölkənin payına düşüb.

Əlaqəli Xəbərlər