Menyu

Əlilliyi olan 14 722 şəxsə reabilitasiya xidmətləri göstərilib

Nərmin Qocamanlı
Əlilliyi olan 14 722 şəxsə reabilitasiya xidmətləri göstərilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya mərkəzlərində bu ilin yanvar-mart aylarında əlilliyi olan 14 722 şəxsə  xidmətlər göstərilib. 

Həmin şəxslərin mühüm bir hissəsi müharibə ilə əlaqədar əlilliyi olan şəxslər olub. 

Reabilitasiya mərkəzlərində əlilliyi olan şəxslər səmərəli fizioterapevtik prosedurlara, həmçinin müalicəvi bədən tərbiyəsi, sosial-psixoloji xidmətlərə cəlb ediliblər.
 
2023-ci ilin 1-ci rübündə  Agentlik tərəfindən əlilliyi olan 3 547 şəxsə isə 19 939 reabilitasiya vasitəsi (o cümlədən yüksək texnologiyalı müasir protezlər, mühərrikli təkərli oturacaqlar, aşağı və yuxarı ətraf ortezləri, protez və ortopedik ayaqqabılar,  korsetlər, dördayaqlı dayaq vasitələri, qoltuqaltı ağac və s.) verilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər