Menyu

Litva və Azərbaycan parlamentləri arasında əlaqələrin inkişafı müzakirə olunub

Operativ Media
Litva və Azərbaycan parlamentləri arasında əlaqələrin inkişafı müzakirə olunub
1 dəq oxu

Litvanın xarici işlər naziri Kestutis Budris Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə Bakıda görüşüb.

Operativ Media xəbər verir ki, Kestutis Budris bu barədə “X” hesabında paylaşım edib.

O, görüşün yaxşı keçdiyini qeyd edərək, Litva və Azərbaycan parlamentləri arasında inkişaf edən əlaqələri alqışladıqlarını bildirib.

“Litva Seymi ilə Azərbaycanın parlamenti arasında inkişaf edən əlaqələri alqışlayır və parlament diplomatiyasını ölkələrimiz arasında siyasi dialoqun, qarşılıqlı etimadın və xalqlar arasında əlaqələrin dərinləşdirilməsi üçün əsas vasitə hesab edirik”, – paylaşımda qeyd olunub.

Əlaqəli Xəbərlər