Menyu

Ermənistan TRIPP layihəsinin icrası üçün şirkət yaradılmasını təsdiqləyib

Operativ Media
Ermənistan TRIPP layihəsinin icrası üçün şirkət yaradılmasını təsdiqləyib
1 dəq oxu

Ermənistan hökuməti TRIPP layihəsinin həyata keçirilməsi məqsədilə "TRIPP Development Company" adlı səhmdar cəmiyyətin yaradılmasına dair saziş layihəsini təsdiqləyib.

Operativ Media "Armenpress"ə istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında məsələni şərh edərkən bildirib.

O, bildirib ki, saziş Ermənistan hökuməti ilə ABŞ-də yaradılmış TRIPP Development Company US arasında imzalanacaq. Sənədin bir həftə ərzində imzalanması, bundan sonra isə şirkətin Ermənistanda qeydiyyata alınması gözlənilir.

Əlaqəli Xəbərlər