Menyu

Lepinitsa: "Barselona"ya qarşı oynamaq asan deyil

Operativ Media
Lepinitsa: "Barselona"ya qarşı oynamaq asan deyil
1 dəq oxu

"Barselona" ilə qarşılaşmanın çətin olacağını əvvəlcədən bilirdik. Buna baxmayaraq, bəzi məqamlarda rəqiblə rəqabət aparmağı bacardıq".

Operativ Media xəbər verir ki, bunu "Sabah"ın futbolçusu İvan Lepinitsa "Barselona" ilə oyundan sonra jurnalistlərə açıqlamasında deyib.

Xorvatiyalı yarımmüdafiəçi UEFA Çempionlar Liqasının liqa mərhələsinin V turunda Kataloniya təmsilçisinə 1:4 hesabı ilə məğlub olduqları görüşü dəyərləndirib:

"Uduzsaq da, hansı səviyyəli rəqiblə qarşılaşdığımızı anlayırıq. "Barselona" hazırda dünyanın ən güclü üç klubundan biri hesab oluna bilər. Belə komanda ilə oynamaq asan deyil. Onlara qarşı mübarizədə müəyyən məqamlarda rəqabət apara bildik, lakin ümumilikdə rəqib bir sıra komponentlərdə bizdən üstün idi.

Bu cür matçlarda ən kiçik detallar belə həlledici rol oynayır. "Barselona"nın futbolçularının səviyyəsi və komandanın oyun keyfiyyəti bunu bir daha təsdiqlədi".

Lepinitsa növbəti Çempionlar Liqası matçında "Vilyarreal"la keçirəcəkləri görüşə hazırlıqdan da danışıb:

"Əvvəlcə istirahət edib qüvvəmizi bərpa edəcəyik. Həmin oyuna qədər ölkə çempionatında qarşılaşmamız var. Hazırda diqqətimizi həmin matça yönəldəcəyik. "Vilyarreal"la görüşün vaxtı çatanda isə ona köklənəcəyik".

Əlaqəli Xəbərlər