Menyu

Türkiyə və Rusiya enerji əməkdaşlığını müzakirə edib

Operativ Media
Türkiyə və Rusiya enerji əməkdaşlığını müzakirə edib
1 dəq oxu

Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraqdar İstanbulda Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak ilə görüşüb.

Operativ Media xəbər verir ki, bu barədə A. Bayraqdar "X" sosial şəbəkə hesabında paylaşım edib.

Görüşdə Türkiyə-Rusiya enerji əməkdaşlığının aktual məsələləri ətraflı müzakirə olunub.

Tərəflər "Akkuyu" Atom Elektrik Stansiyasında (AES) işlərin hazırkı mərhələsini, eləcə də təbii qaz sahəsində əməkdaşlığın gedişatını nəzərdən keçiriblər.

A.Bayraqdar qeyd edib ki, iki ölkə arasında enerji dialoqu strateji layihələrin nəzərdə tutulan qrafikə uyğun həyata keçirilməsi və qarşılıqlı fayda əsasında yeni təşəbbüslərin reallaşdırılması istiqamətində davam etdiriləcək.

Əlaqəli Xəbərlər