Menyu

Xaçmazda avtomobil piyadanı vuraraq öldürüb

Operativ Media
Xaçmazda avtomobil piyadanı vuraraq öldürüb
1 dəq oxu

Xaçmaz rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Operativ Media xəbər verir ki, hadisə Şabran-Xaçmaz avtomobil yolunun Mehrəliqışlaq kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, Xaçmaz rayon sakini, 1957-cı il təvəllüdlü İsmayılov Zakir Məlikməmməd oğlunu yolu keçmək istəyərkən "VAZ-2106" markalı minik avtomobili vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Əlaqəli Xəbərlər