http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 7 ° C

ƏƏSMN: Prezidentin yeni sərəncamı 3729 şəxsə şamil olunacaq

26 Aprel 2023 , 17:47
ƏƏSMN: Prezidentin yeni sərəncamı 3729 şəxsə şamil olunacaq

Prezident İlham Əliyevin imzaladığı yeni “1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” 26 aprel 2023-cü il tarixli Sərəncam həmin kateqoriyadan olan vətəndaşlara yüksək diqqət və qayğının  daha bir  təzahürüdür.

Sərəncama əsasən, İkinci Dünya müharibəsində Qələbənin 78-ci ildönümü ilə əlaqədar həmin müharibənin iştirakçısı olmuş 57 nəfərin hər birinə 1500 manat məbləğində birdəfəlik yardım ödəniləcək. 

İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslər, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçiləri, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslər, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarından ibarət 3672 nəfərin hər birinə isə 750 manat məbləğində birdəfəlik yardım veriləcək.

Beləliklə Sərəncam 3729 şəxsi əhatə edəcək. 

Birdəfəlik maddi yardımların verilməsi üçün Sərəncamla Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,9 milyon manat vəsait ayrılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik maddi yardımlar İkinci Dünya müharibəsi iştirakçılarının və digər müvafiq şəxslərin bank hesablarına köçürüləcək.

OXŞAR XƏBƏRLƏR
Boşanmaların sayının artması "TikTok" və digər sosial şəbəkələrin bizə olan "hədiyyəsidir" - Sosioloq

Boşanmaların sayının artması "TikTok" və digər sosial şəbəkələrin bizə olan "hədiyyəsidir" - Sosioloq

İxracdan əldə olunan külli miqdarda pulu ölkəyə qaytarmayan şəxslər məsuliyyətə cəlb edilib

İxracdan əldə olunan külli miqdarda pulu ölkəyə qaytarmayan şəxslər məsuliyyətə cəlb edilib

Bakıda “Kənddən şəhərə” Yeni il yarmarkası keçiriləcək

Bakıda “Kənddən şəhərə” Yeni il yarmarkası keçiriləcək

XƏBƏR LENTİ
  • Dünən
    23:22

    Peskov: Putin və Ərdoğan arasında yeni telefon danışığı hələ planlaşdırılmır
  • Dünən
    23:14

    Silahlı qruplar Hələbdə Starlink-ə çıxış əldə ediblər
  • Dünən
    22:53

    Aİ insan haqlarının pozulmasına görə qlobal sanksiyaları bir il müddətinə uzadıb
  • Dünən
    22:36

    Gürcüstan DİN aksiyada zorakılıq halları barədə məlumat yayıb
  • Dünən
    22:21

    Quterreş Suriya ilə bağlı çağırış edib
  • Dünən
    22:06

    Netanyahu: Hizbullah"ın İsraili atəşə tutması atəşkəsin kobud şəkildə pozulmasıdır
  • Dünən
    21:49

    "Telegram"ın işində problemlər yaranıb
  • Dünən
    21:31

    Rusiya BMT Təhlükəsizlik Şurasında Ukrayna ilə bağlı iclasa görə ABŞ-ın proqramını bloklayıb
Menyu