Vilayət Eyvazov Hacıqabul, Kürdəmir, Salyan və Şirvan şəhər və rayonlarının sakinlərini qəbul edəcək

Fərrux Qocamanlı
Vilayət Eyvazov Hacıqabul, Kürdəmir, Salyan və Şirvan şəhər və rayonlarının sakinlərini qəbul edəcək

Daxili işlər naziri Vilayət Eyvazov tərəfindən cari il may ayının 18-də Salyan Rayon Polis Şöbəsinin inzibati binasında Hacıqabul, Kürdəmir, Salyan və Şirvan şəhər və rayonlarının sakinlərinin qəbulu keçiriləcək.

"Operativ Media" xəbər verir ki, qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 17.05.2023-cü il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.
Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.

Digər xəbərlər