29 Aprel 2023, 16:15
Göygöldə toy karvanında avtoxuliqanlıq edən şəxs saxlanılıb
Göygöldə toy karvanında avtoxuliqanlıq edən şəxs saxlanılıb şəkil
Göygöldə toy karvanında avtoxuliqanlıq edən şəxs saxlanılıb

Göygöldə toy karvanında avtoxuliqanlıq edən şəxs saxlanılıb.

“Operativ Media"ın xəbərinə görə, bu barədə DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.

O bildirib ki, Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində toy karvanında avtoxuliqanlıq edərək ictimai asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücünü saxlayıb.

 

Araşdırmalar zamanı rayon sakini Kənan Rzayevin “Hyundai” markalı avtomobil ilə toy karvanında intizamsızlıq etməsi, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etdiyi, digər hərəkət iştirakçılarına təhlükə yaratması məlum olub. Həmin şəxs saxlanılaraq barəsində protokol tərtib edilərək baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə K.Rzayev 20 sutka müddətinə inzibati qaydada həbs edilib.

Son xəbərlər
XİN: İsrail tərəfinən İran ərazisinə qarşı həyata keçirilmiş hərbi əməliyyatlardan ciddi şəkildə narahatıq
Milli Məclis Prezident və Birinci vitse-prezidentə təbrik məktubu ünvanlayıb
Ağdamda insana məxsus olması ehtimal edilən sümük fraqmentləri şkar edilib
İsrailin İranın şərqindəki hücumları nəticəsində ölənlərin sayı 3-ə çatıb
Prezident: Azərbaycanın səhiyyə sistemi yüksək hazırlıqlı kadr potensialına malikdir
Shafaq News: 150-dən çox İran PUA-sı İraq hava sərhədindən keçir
Tehran BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edir
"Karvan" I liqada evdə ən çox azarkeş toplayan komanda oldu