30 Aprel 2023, 22:15
Emin Əmrullayev: “Bu il fənn müsabiqələrində rekord sayda şagird qeydiyyatdan keçib”
Emin Əmrullayev: “Bu il fənn müsabiqələrində rekord sayda şagird qeydiyyatdan keçib” şəkil
Emin Əmrullayev: “Bu il fənn müsabiqələrində rekord sayda şagird qeydiyyatdan keçib”

Bu il Lütfi Zadə adına məntiq olimpiadası və məktəblilərarası fənn müsabiqələrində iştirak üçün rekord sayda şagird qeydiyyatdan keçib.

“Operativ Media” xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev tviter hesabında yazıb.

“Bu gün Lütfi Zadə adına məntiq olimpiadası və məktəblilərarası fənn müsabiqələrinin ölkə üzrə ilk mərhələsi keçirildi. Sözügedən müsabiqələrdə iştirak üçün bu il rekord sayda – 55 mindən çox şagird qeydiyyatdan keçib”.

“Olimpiadalarda biliyini sınamaq istəyən istedadlı uşaqlarımızın sayının gündən-günə artması bizi qürurlandırır. Müsabiqələrdə iştirak edən bütün şagirdlərə uğurlar arzu edirəm”, - nazir əlavə edib.

Son xəbərlər
Suriyada kilsədə partlayış olub
Qubada ağır qəza olub
İƏT ABŞ-nin İranın nüvə obyektlərinə hücumlarını pisləyib
Qərbi Azərbaycan İcması dəstəyə görə İƏT üzv dövlətlərinə təşəkkür edib
İran XİN: ABŞ bu müharibənin nəticələrinə görə məsuliyyət daşımalıdır
Fatih Altaylı həbs edilib
Qazaxıstanda təyyarə qəzaya uğrayıb
Azərbaycan cüdoçuları Avropa Kubokunda 5 medal qazandılar