Rəşad Əmirovun işi üzrə növbəti məhkəmə iclasının tarixi məlum olub

Fərrux Qocamanlı
Baxış: 1399
Rəşad Əmirovun işi üzrə növbəti məhkəmə iclasının tarixi məlum olub

Tanışını qətlə yetirməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirovun (Rəşad Dağlı) cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

"Operativ Media" "Report"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin meyxanaçı dostları iştirak edib.

İclasda prokuror Orxan Səmədov ittiham aktını elan edib.

Elan olunmuş ittiham üzrə Rəşad Dağlı özünü təqsirli bilməyib.

Məhkəmənin növbəti iclası mayın 19-na təyin edilib.

Xatırladaq ki, 2022-ci ilin noyabrın 9-u saat 05 radələrində Qaradağ rayonu ərazisində qətl hadisəsi qeydə alınıb. 1979-cu il təvəllüdlü İskəndər Mehdiyevin Rəşad Əmirov tərəfindən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Hadisə ilə bağlı İ.Mehdiyevin tanışı, 1984-cü il təvəllüdlü R.Əmirov istintaqa cəlb edilib.

Qaradağ Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi bildirilir.

Digər xəbərlər