DİN: AXCP fəalı Ramid Nağıyev aksiyaya görə saxlanılmayıb

admin
DİN: AXCP fəalı Ramid Nağıyev aksiyaya görə saxlanılmayıb

DİN: AXCP fəalı Ramid Nağıyev aksiyaya görə saxlanılmayıb.

AXCP fəalı Ramid Nağıyevin 24 oktyabrda aksiyada iştirak etdiyinə görə həbs həbs edilməsinə görə iddialar yayılıb. 

İddialara cavab olaraq DİN Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı İbrahim Əmiraslanlı "Operativ Media"-nın sorğusuna cavab olaraq bildirib ki, Ramid Nağıyev aksiyada iştirakına görə yox, probasiya xidmətinin təqdimatı əsasında üzərində olan aliment öhdəliyindən yayındığı üçün məhkəmə qərarı ilə 7 gün müddətinə barəsində inzibati həbs tətbiq edilib. Onun saxlanılmasında siyasi motiv yoxdur.

Digər xəbərlər