Menyu

Axtarışda olan 95 nəfər saxlanılıb

Redaksiya
Axtarışda olan 95 nəfər saxlanılıb

Mayın 5-də ölkə ərazisində qeydə alınan 72, əvvəlki dövrlərdən bağlı qalan 16 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.   

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 95, o cümlədən borclu şəxs qismində axtarışda olan 76 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Ötən gün Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb. Narkotiklərlə əlaqəli 32, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 65 nəfər saxlanılıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər