Qanunsuz miqrasiyaya görə ittiham olunan Azərbaycan Avropa Hərəkatının rəhbəri Ramin Hacılının cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
"Operativ Media" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Ramin Hacılı verilmiş ittihamlarla təqsirli bilinərək 7 il 7 ay 14 gün müddətinə azadlıqdan məhrum edilib.