08 May 2023, 17:06
Ermənistanda əsir saxlanılan hərbçimiz 11,5 il müddətinə azadlıqdan məhrum edilib
Ermənistan məhkəməsi əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən yolu azaraq Ermənistan tərəfə keçən və orada əsir saxlanılan Azərbaycan hərbçisi Aqşin Bəbirovu 11,5 il müddətinə azadlıqdan məhrum edib.
"Operativ Media" xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.
Qeyd edək ki, A.Bəbirov “sərhədi qanunsuz keçmək, silah və sursat daşımaqda” ittiham olunub.
Məlumata görə, Ermənistanda əsir saxlanılan digər azərbaycanlı əsgər Hüseyn Axundovun “cinayət işi üzrə istintaq” davam edir.