Yarım əsrlik tarixi olan və unudulan məktəb

Fərrux Qocamanlı
Yarım əsrlik tarixi olan və unudulan məktəb

Gəncədə yerləşən 24 nömrəli tam orta məktəb qəzalı vəziyyətdədir.

"Operativ Media" xəbər verir ki, 856 şagirdin təhsil aldığı məktəbin ciddi təmir-bərpa işlərinə ehtiyacı var. Lakin uzun illərdir burada hər hansı iş aparılmır. Təhsil ocağının 37 sinif otağının yarıdan çoxu, o cümlədən akt və idman zalı təmir edilməli və yenilənməlidir. Həm də müəllim-şagird heyyəti, həm də valideynlər 54 il əvvəl tikilmiş məktəbin təmirinin sürətləndirilməsini arzu edir. Təhsil ocağında 100-ə yaxın müəllim çalışır. Onlar məktəbin bu vəziyyətinin şagirdlərin təhsil keyfiyyətinə də təsirsiz ötüşmədiyini bildirir. Şagirdlər isə yazı lövhələrinin çoxunun yararsız halda olmasından şikayətçidir. Vaxtı ilə şəhərin sayılıb-seçilən məktəblərindən olan 24 nömrəli tam orta məktəb sanki illərdir unudulub. 

Yeri gəlmişkən, qeyd edək ki, Gəncədə ümumilikdə 44 məktəbdən 4-nün ciddi təmirə ehtiyacı var.

Digər xəbərlər