Yaz sessiyasında 4958 tələbə təhsil krediti alıb
Redaksiya
Cari tədris ilinin yaz sessiyasında təhsil tələbə krediti (TTK) almaq üçün müraciət edənlərin statistikası açıqlanıb.
Təhsil Tələbə Krediti Fondundan "Operativ Media"ya bildirilib ki, bu günə qədər 6547 tələbə kredit almaq üçün müraciət edib. Onlardan 531 nəfərin müraciəti natamam olub, 430 nəfərin müraciəti emal mərhələsindədir. Habelə 400 nəfərin müraciətinə imtina cavabı verilib, 228 nəfərin müraciəti isə banka yönləndirilib.
Yaz sessiyası üzrə 4958 nəfərə TTK verilib. Onların arasından 1728 nəfərin müraciəti sosial TTK, 3257 nəfərin müraciəti isə standart TTK olaraq rəsmiləşdirilib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net