Masallıda “Sağlam gələcək naminə narkomaniya və erkən nikahlara yox deyək!” tədbiri keçirilib

Fərrux Qocamanlı
Masallıda  “Sağlam gələcək naminə narkomaniya və erkən nikahlara yox deyək!” tədbiri keçirilib

Masallı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Mollaoba kənd tam orta məktəbində “Sağlam gələcək naminə narkomaniya və erkən nikahlara yox deyək!” mövzusunda şagirdlərlə görüş keçirilib. 

"Operativ Media" xəbər verir ki, çıxış edən Masallı RPŞ-nin əməkdaşları əsrin bəlası olan narkomaniyaya qarşı mübarizəni təmin etmək məqsədilə bu cür görüşlərin keçirilməsinin mühüm əhəmiyyətə malik olduğunu diqqətə çatdırıblar və sağlam cəmiyyətin formalaşması istiqamətində ən ciddi təhlükələrdən olan narkomaniyanın törətdiyi fəsadlar barədə ətraflı məlumat veriblər. 

Müzakirə olunan mövzular ətrafında çıxışlar dinlənilib və məktəblilərin sualları cavablandırılıb.

Digər xəbərlər