Türkiyəli məhşur alim Prof. Dr. Celal Şengör Bakıya gələcək.
"Operativ Media" xəbər verir ki, "Yaşıl Elm" platformasının dəvəti ilə və Elm Azərbaycan platformasının təşkilati dəstəyi ilə ölkəmizə gələn türkiyəli dünya şöhrətli alim - 17 ölkənin Elmlər Akademiyasının, Ümumdünya Geoloqlar Birliyinin üzvü, Cənubi Qafqazın yeni geoloji xəritəsinin müəllifi Pr. Dr. Celal Şengörün Avropa Azərbaycan Məktəbinin Konfrans Zalında "Elmin Üfüqləri" adlı konfrans keçiriləcək.
C.Şengör konfransda elm tarixi, sosial təkamül, insanlığın keçdiyi mədəni mərhələlər, elmin tədqiqat və işləmə mexanizmləri kimi mövzularla yanaşı, həm də ölkəmizdəki palçıq vulkanları və Cənubi Qafqazın geoloji-seysmoloji quruluşu haqqındakı təəssüratlarını paylaşacaq. İştirakçıların suallarını cavablayacaq.
Tədbirin mövzuları:
I hissə: 1. Elm bizi necə dəyişir? 2. Bizi digər canlılardan fərqləndirən nədir? 3. Elm və metafizika arasındaki incə cizgi.
II hissə: 4. Zəlzələlər: Bizi hansı təhlükələr gözləyir 5. Azərbaycandakı palçıq vulkanları. 6. Cənubi Qafqazın geoloji gələcəyi.
Tədbirin bilet qiyməti A sektoru üçün 50 azn, B sektoru üçün 30 azn müəyyən edilmişdir. Tədbirə bilet əldə etmək üçün aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərsiniz: 051 714 71 11 Üzeyir Ağazadə 055 474 64 09 Sahib Altay.