http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 16 ° C

Qəbələdə pul qarşılığında narkokuryerlik edən şəxsdən külli miqdarda narkotik vasitə götürülüb

15 May 2023 , 18:12
Qəbələdə pul qarşılığında narkokuryerlik edən şəxsdən külli miqdarda narkotik vasitə götürülüb

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat nəticəsində qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən narkotik vasitələrin və psixotrop maddələrin satışını və paylanılmasını təşkil edən şəxs saxlanılıb. Ondan ümumi çəkisi 1 kiloqram 354 qram müxtəlif növ narkotik vasitə və psixotrop maddə aşkar edilərək götürülüb. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, əldə edilən əməliyyat məlumatı əsasında polis əməkdaşlarının keçirdikləri tədbir zamanı əvvəllər məhkum olunmuş İsmayıllı rayon sakini  Elmir İsgəndərov şübhəli şəxs qismində saxlanılıb. Şəxsi axtarış zamanı ondan 650 qram heroin, 400 qramdan artıq tiryək və 302 qram metamfetamin aşkarlanıb. Araşdırma zamanı Elmir İsgəndərovun həmin narkotik vasitəni pul qarşılığında paytaxtdan Qəbələyə satış məqsədilə gətirdiyi müəyyən edilib. 

Faktla bağlı Qəbələ Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, saxlanılan şəxsin ətrafında zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir. Məhkəmənin də qərarı ilə E.İsgəndərov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

OXŞAR XƏBƏRLƏR
Rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən şəxs Almaniyadan Azərbaycana ekstradisiya olunacaq

Rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən şəxs Almaniyadan Azərbaycana ekstradisiya olunacaq

Bakıda veloyürüş keçiriləcək

Bakıda veloyürüş keçiriləcək

Türkiyə MN Azərbaycanı təbrik edib

Türkiyə MN Azərbaycanı təbrik edib

XƏBƏR LENTİ
  • Dünən
    23:50

    ABŞ-də atışma olub
  • Dünən
    23:16

    "Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi
  • Dünən
    23:06

    Zaxarova: "Ukrayna ilə bağlı sülh sammitlərində iştirak etməyəcəyik"
  • Dünən
    22:30

    Fransanın yeni hökumətinin tərkibi təsdiqlənib
  • Dünən
    21:47

    Şuşada mikroavtobus aşıb, yaralananlar var
  • Dünən
    21:12

    Zelenski: Ukrayna hələ ABŞ və Britaniyadan Rusiya ərazisinə zərbələr üçün icazə almayıb
  • Dünən
    20:37

    Parisdə Makrona qarşı nümayiş keçirilib
  • Dünən
    19:57

    Azərbaycan PL: "Turan Tovuz" evdə məğlub oldu
Menyu