Menyu

Zaqatalada avtoxuliqanlıq edib TikTok-da paylaşan şəxs saxlanılıb

Nərmin Qocamanlı
Zaqatalada avtoxuliqanlıq edib TikTok-da paylaşan şəxs saxlanılıb

Zaqatalada avtoxuliqanlıq edib, sosial şəbəkələrdə görüntülərini paylaşan sürücü müəyyən edilib
Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində avtoxuliqanlıq hərəkətləri edərək ictimai asayişi nümayişkəranə şəkildə pozan və digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan sürücünü saxlayıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayon sakini Ramazan Mahmudov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə intizamsızlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub və həmin avtoxuliqanlıq hərəkətlərini “Tik-Tok” sosial şəbəkəsində paylaşıb.
Həmin şəxs barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib və məhkəmənin də qərarı ilə Ramazan Mahmudov barəsində qanunamüvafiq tədbir görülüb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər