30 Oktyabr 2022, 09:01
Somalidə "Aş-Şabab" terror qruplaşmasının hücümu nəticəsində ölənlərin sayı 100 nəfərə çatıb
Somalidə "Aş-Şabab" terror qruplaşmasının hücümu nəticəsində ölənlərin sayı 100 nəfərə çatıb şəkil
Somalidə "Aş-Şabab" terror qruplaşmasının hücümu nəticəsində ölənlərin sayı 100 nəfərə çatıb

Somalinin paytaxtı Moqadişonun mərkəzində “Aş-Şabab” terror qruplaşması silahlılarının ölkənin Təhsil Nazirliyinin binasına hücumu nəticəsində ölənlərin sayı 100 nəfərə çatıb.

“Operativ Media"nın məlumatına görə, bu barədə “Reuters” ölkə Prezidentinə istinadən xəbər verib.

Qeyd edilir ki, hadisə zamanı daha 300 nəfər yaralanıb.  

Daha əvvəl bildirilirdi ki, hücum kamikadzenin nazirliyin qarşısında iki avtomobili partlatması ilə başlayıb. Bunun ardınca bir qrup silahlı binaya daxil olub. Binanın içində silahlılarla təhlükəsizlik işçiləri arasında atışma olub.

Bundan əvvəl 30 nəfərin həlak olduğu xəbər verilib.

Son xəbərlər
İranda yol qəzasında 5 nəfər ölüb
Putin: Biz dollardan imtina etməmişik
Pirallahıda ölümlə nəticələnən yol qəzası baş verib
Pakistanın Baş naziri Azərbaycanın müdafiə sənayesi naziri ilə görüşüb
Türkiyədə bina çöküb, dağıntılar altında qalanlar var - YENİLƏNİB - FOTO
Cənubi Koreya prezidentinin həbs müddəti ilə bağlı qərar verilib
İstanbul-Moskva təyyarəsi məcburi eniş edib
Çilidə güclü zəlzələ olub