30 Oktyabr 2022, 09:22
Cənubi Koreya Prezidenti noyabrın 5-dək milli matəm elan edib
Cənubi Koreya Prezidenti noyabrın 5-dək  milli matəm elan edib şəkil
Cənubi Koreya Prezidenti noyabrın 5-dək milli matəm elan edib

Cənubi Koreya Prezidenti Yun Sok Yol paytaxt Seulun mərkəzində baş verən, çoxsaylı insan ölümü ilə nəticələnən izdihamla əlaqədar milli matəm elan edib.

"Operativ Media" xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Prezident matəmin neçə günlük olması barədə xəbəri bildirməsə də "Yonhap" agantliyi Baş nazir Xan Dok Suya istinadən bildirib ki, matəm noyabrın 5-dək davam edəcək.

Seulun mərkəzindəki İtxevon küçəsində şənbə günü axşam saatlarında Hellouin bayramının qeyd edilməsi zamanı yaranan izdihamda 151 nəfər həlak olub, daha 82 nəfər yaralanıb.

İzdihamda təxminən 100 000 insanın toplaşdığını təxmin edilir.

Son xəbərlər
Hava ilə bağlı növbəti xəbərdarlıq edilib
ABL: "Neftçi" "Abşeron"u məğlub etdi
Prezident İlham Əliyev Məsud Pezeşkiana başsağlığı verib
Pezeşkian partlayış olan əraziyə gedəcək
İsrail və HƏMAS arasında atəşkəs danışıqlarında irəliləyiş var
Azərbaycan cüdoçuları Avropa çempionatında 5 medal qazandı
Hakan Fidan: İŞİD kimi PKK-da sıradan çıxacaq
ABŞ və İran arasında növbəti danışıqlar Avropada keçiriləcək