30 Oktyabr 2022, 09:49
Hellouin izdihamında ölənlər arasında azərbaycanlı yoxdur - RƏSMİ
Hellouin izdihamında ölənlər arasında azərbaycanlı yoxdur - RƏSMİ şəkil
Hellouin izdihamında ölənlər arasında azərbaycanlı yoxdur - RƏSMİ

Cənubi Koreyanın paytaxtı Seulda Hellouin bayramının qeyd edilməsi zamanı baş verən izdiham nəticəsində ölənlər və xasərət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycanın Cənubi Koreyadakı səfirliyi məlumat yayıb.

“Diplomatik nümayəndəliyimizin əməkdaşları hadisə baş verəndən sonra Cənubi Koreyada, xüsusən də Seulda yaşayan Azərbaycan vətəndaşları ilə, habelə yerli səlahiyyətli qurumlarla davamlı əlaqədədir və məsələni nəzarətdə saxlayır. Səfirliyə daxil olmuş məlumatlara əsasən ölən, xəsarət alan və itkin düşmüş hesab olunanlar arasında Azərbaycan vətəndaşı yoxdur”,- deyə məlumatda bildirilib.

Qeyd edək ki, oktyabrın 29-u axşam saatlarında İtavon adlı ərazidə təxminən 100 min nəfərin iştirak etdiyi Hellouin şənliyində izdiham yaranıb. Nəticədə 151 nəfər ölüb, 19-u ağır olmaqla 82 nəfər müxtəlif dərəcədə xəsarət alıb. 

Son xəbərlər
Azərbaycan Premyer Liqası 4 pillə irəlilədi
Bəzi müntəzəm marşrutların hərəkəti dəyişdiriləcək
Sumqayıtda ev yanır
Çexiyada nümayiş zamanı döyüş maşını aşıb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Ordubadda XVIII əsrə aid olan tarix-memarlıq abidəsi bərpa ediləcək
Qəzzada atəşkəs razılaşması qüvvəyə minib
İsrailin təhlükəsizlik naziri istefa verib