30 Oktyabr 2022, 14:30
Biləsuvarda qəzada yaralananların 10-u evə buraxılıb
Biləsuvarda qəzada yaralananların 10-u evə buraxılıb şəkil
Biləsuvarda qəzada yaralananların 10-u evə buraxılıb

“Biləsuvar rayonunda baş verən qəza ilə əlaqədar müxtəlif növ bədən xəsarətləri alan və Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən 13 nəfərə tibb müəssisəsinin müvafiq şöbələrində zəruri tibbi xidmətlər göstərilib”.

Bu barədə TƏBİB-dən "Operativ Media"ya daxil olan məlumatda bildirilir.

Qeyd edilir ki, artıq 10 nəfər ambulator müalicə üçün evə buraxılıb:

“Hazırda 2 nəfərin müalicəsinə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında, 1 nəfərin müalicəsinə isə Şirvan Rayon Mərkəzi Xəstəxanasında davam edilir. Hər birinin vəziyyəti stabildir.

“Qeyd edək ki, qəza nəticəsində 2 nəfər hadisə yerində dünyasını dəyişib”.

Son xəbərlər
Naxçıvanda ötən il yol qəzalarında 21 nəfər ölüb
Baydenin Trampa yazdığı məktubun məzmunu açıqlanıb
Türkiyədə yanğının baş verdiyi hotel söküləcək
Elvin Camalov: "İnanıram ki, "Neftçi" daha da yuxarılarda olacaq"
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi 20 km/saat endirilib
Qırğızıstanın XİN rəhbəri Ermənistana səfər edəcək
Hakan Fidan ABŞ dövlət katibi ilə telefon danışığı aparıb
Rövşən Nəcəf OMV şirkətinin baş direktoru ilə görüşüb