Tələbələrdən pul istədiyi iddia edilən şəxslə bağlı araşdırma aparılır
Nəsimi rayonu ərazisində yerləşən Azərbaycan Dillər Universitetinin (ADU) və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) yaxınlığında bir nəfərin tələbələrə yaxınlaşaraq pul istəməsi barədə görüntülər yayılıb.
"Operativ Media" xəbər verir ki, iddiaya görə, həmin şəxs bir müddət əvvəl ADPU-nun xanım tələbələrindən birini oğurlayıb. Sonradan sərbəst buraxılan tələbə bir neçə gün sonra intihar edib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Operativ Media"nın sorğusuna cavab olaraq bildirilib ki, sosial şəbəkələrdə yayılmış görüntülərdən məlumatlıdırlar. Hazırda araşdırma aparılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net